DARIXIRAM

Yenə vətən keçir könlümdən mənim,
Darıxıram hər dağ, dərəsi üçün.
Bu həsrət qəlbimə kəsilib qənim,
Gizlicə hıçqırır hey için için.

Kaş ki, qarışaydım ağ buludlara,
Alaydı göy üzü o an fikrimi.
Öncə şaqqıldayıb bir daha sonra,
Yağaydım vətənə bir yağış kimi.

Ya da külək olub əsə biləydim,
Tufanı olaydım ruzigarların.
Vətənə varanda kəsə biləydim,
Telini darardım telli Tejgarın.

Yada qarışaydım bəm bəyaz qara,
Ağarda biləydim qara baxtını,
Düşməni cəngimdə çəkərək dara,
Ucalda biləydim enmiş taxtını.

Dönüb göy üzündə parlaq ulduza,
Vətənə göylərdən baxa biləydim.
Baxıb könlümdəki arzu muraza,
Bir dilək uğruna axa biləydim.

Yada isti qızmar bir günəş olub
Quruda biləydim göz yaşlarını.
Sonra torpğının bağrına dolub
Yollardan yığaydım baxışlarını.

Dönəydim qartala dağ zirvəsində,
Uçaydım,süzəydim öz vüqarımla.
Şığıyıb düşmənin sinəsinə də,
Didəydim qəlbini caynaqlarımla.

Ya dönüb olaydım sıravi əsgər,
Sinəmi önündə sipər edəydim.
Sonra vətən üçün lazımsa əgər,
Baş qoyub qoynunda ölə biləydim.

Nə edim neyləyim niyə bitməyir?
Könlümdə kök atıb acı həsrətin.
Bir an xəyalımdan belə getməyor,
Tütmüsən gözündə sən Mətanətin.

 

Müəlif  Mətanət Duyğulu.

www.kafiye.net