Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Gülnarə İsrafil

Əlim Gəlmir

Email :18

Əlim Gəlmir

Əlim gəlmir dərd -ağrıdan yazmağa,
Ağ çiçəyin ləcəyində gizliyəm.
Əl, əlimi sığallamaq istəsə,
Sığalların əl çəkində yazlıyam-
mən, ölümü neynirəm, ölüm məndə öldü ki.

Qışı, yaza əymişəm,
Yazı, yaya geymişəm,
Mən, kaman olacaqdım,
Qamış -qamış neymişəm.

Sevgi verib əritmişəm buzluğu,
Qaymaq çiçək don geyinib zəhərdən.
Bənövşəni ağlayanda toplayıb,
Süsləmişəm özlüyümü Xəzərdən-
mən, gülümü neynirəm, gülüm məndə göldü ki.

Ağımda qara bişdim,
Payızda dağa köçdüm,
Səhərlər çiçək açdım,
Ləçək-ləçək dəymişəm.

Kəklik otu saçlarımın ətridir,
Uçur məndən xallı-xallı kəpənək.
Qayaların boz cığırı üzümdə,
Fəsillərim sis tamğalı ötənək-
mən, günümü neynirəm, günüm məndə güldü ki.

 

Gülnarə İsrafil.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts