Bayırda

Bayırda nə fəslə nə də ki aprel ayına məxsus hava yoxdur .Üç gün bundan əvvəl mövsümə uyğun olan hava tamam dəyişib sanki qış fəslini yaşayırıq.Havanın şıltaqlığı qış geyimini soyunub nazik yaz geyimlərinə keçən insanları yenidən qalın palto və uzunboğz çəkmələrə keçməyə vadar edib. Hamı harasa tələsir ,kimi işə kimi də mənim kimi mənzil başına yetməyə. Düzü belə havanı və belə bir havada gəzməyi çox sevsəm də məni gözlədiklərini bildiyim üçün tələsmək məcburiyyətindəyəm.Dayanacaqda bir neçə adam var . Tez -tez saata baxan kim deyinən kim.Zərif çiskindən islanmamaq üçün şüşəli dayanacağın lap küncünə çəkilmişəm .Gözlərim yolun kənarında dayanmış hardasa təxminən səkkiz ,on yaşlarında olan kiçik bir qız uşağının hərəkətlərini izləyir.Kiçik qızcığaz əlində tutduğu nəm salfet bağlamalarını gəlib keçənlərə uzadır və iyirmi qəpik dəyərində olan salfetləri ondan alması üçün az qala yalvarırdı.Əynində çox nimdaş olan paltosu və burnu cırılıb yararsız hala düşmüş bir köhnə çəkməsi var.Havanın soyuqluğunu nəzərə almasa da kiçik əlləri soyuqdan göyərib zərif vücudu titrəyir.Artıq xeyli vaxtdır izləyirəm əlini uzatdığı adamlar ya onu acılayır yada əlini geri itələyirlər.O qədər kövrəlmişəm ki qəhər məni boğur.ama ağlamayacam .Ağladıqca gücsüzləşdiyimin özümdən başqa kimsə fərqində olmur .Düşünürəm ki insanların bu qədər hissiz olmasına səbəb nədir.?

Onu yanıma çağırdım adını soruşmaq üçün..R hərfini təmiz tələffüz edə bilmədiyi üçün Nəymin dedi.
Məktəbə gedib getmədiyini soruşduqda iri qara gözlərini üzümə zilləyib axı bizim pulumuz yoxduy.Məktəbə necə gedim .? Sualıma sualla cavab aldım.Dayanacağa yeni gələnlərin nəzəri üstümüzə dikilmişdi. Ona lap yaxınlaşdım bəlkə də həftələrlə daraq dəyməmiş pırtlaşıq saçlarını sığallayıb quzum məktəbə getmək üçün sənə pul lazım deyil dedim.Başını aşağı saldı.

O qədər suallarım varkən nəsə deyə bilmir mən də özümü gələcəyimizin önündə günahkar sayırdım.
.Heçnə demədim .Portmanatımı açıb diqqətlə nəzər saldım sonra bir çəkmə ala biləcək qədər ona pul verdim .Əvvəl götürmək istəmədi Çiyinlərini çəkdi..Al dedm anana verərsən sənə yeni çəkmə alar.Gülümsədi gözlərindən sevinc görsəndi.

Əlində olan salfet dolu kiçik selofanı mənə uzadıb incə və ruha yaxın səslə al buda sənin olsun dedi.
Yox dedim quzum onu da apar evinizə indi soyuqdur get evə anan səni gözləyir.

Sevincək səslə yes deyib yerindən götürüldü. Artıq nə həvəsim nədə sevincim qaldı. Bayaqdan sifariş etdiyim taksi sürücüsünün üzündə az da olsa bir narazılıq vardı ama bunu o qədər də önəmsəmədim.Bir körpənin az da olsa qəlbini sevindirmişdim.Bu mənə yetər idi.Yad adamların baxışları altında ordan tez uzaqlaşıb getmək üçün bayaqdan məni gözləyən taksiyə yaxınlaşdım və uzaqlaşdım.İndi artıq yoldayam..

22.04.2019
NahideTagiyeva Qurbanova
www.kafiye.net