G Ə L S Ə N Ə

Nə əl çatır, nə ün yetir,
Nə çəkdiyim həsrət bitir.
Xəyalın gözümdə itir,
,, Deyəsi sözüm var sənə ”
Söylə hardasan, Gəlsənə…

Sənsiz bagda bülbül ötməz,
Xəzan gələr, qönçə bitməz.
Məhəbbət könüldən getməz,
,, Deyəsi sözüm var sənə ”
Söylə hardasan, Gəlsənə…

Duman gəzər, Dag başında,
Şimşək oynar, hər daşında.
Çoxdan qalıb yaddaşımda,
,, Deyəsi sözüm var sənə ”
Söylə hardasan, Gəlsənə…

Çələng solub, çətri qalıb,
Tellərinin ə t r i qalıb,
Sevgimizin xətri qalıb.
,, Deyəsi sözüm var sənə ”
Söylə hardasan, Gəlsənə…

ÇİÇƏK aglar, gülməz daha,
Eşqin oldu, ,, Yaman ” baha.
Güman qalıb, tək ALLAH’A,
,, Deyəsi sözüm var sənə ”
Söylə hardasan, Gəlsənə…

ÇİÇƏK QOŞQAR.
11. 10 2016. ANKARA
www.kafiye.net