Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

İldırım Əlişoğlu.

Əsir yurduma

Email :13

..Əsir yurduma…..


Sönübdü mənsiz ocağın,
Buz bağlayıb boş qucağın,
Göz yaşıdır hər bucağın,
Silirəm, odla silirəm-
Gəlirəm, Yurdum ,gəlirəm.


Dəlidağ alıb yara,bax,
Qırxqızımda qubara bax,
Çağırır məni Qarabağ,
Hücum təbili çalıram –
Gəlirəm,Yurdum,gəlirəm.


Qartaldım dağa sinmişəm,
“Ovun” üstünə enmişəm,
Topa, mərmiyə dönmüşəm,
Xain ürəklər dəlirəm –
Gəlirəm,Yurdum,gəlirəm.


Bizdən daşıya- daşıya,
Dözmüşük düşmən yaşaya,
Bayraq asmaqçün Şuşaya,
Ölürəm,Yurdum,ölürəm-
Gəlirəm,Yurdum,gəlirəm !


Düşmənə məzar qazaraq,
Neçə tələlər pozaraq ,
Qanımla tarix yazaraq,
Qisasımızı alıram
-Gəlirəm,Yurdum,gəlirəm!



Qəlbində ulu Yaradan,
Başında Ali Komandan,
Qurudan,sudan,havadan,
“Söz deyir” ordum,bilirəm
-Gəlirəm,Yurdum,gəlirəm !


İldırım ƏLİŞOĞLU.21.10. 2020.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts