Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Ərz ağada

Email :17

Ərz ağada
(təcnis)

Nə məmura inam qaib,
Nə etibar ərzağa, da*…
Haram qazanc həsrət qoyub,
Xalqı halal ərzağa da.

Yeyirdik hər zaman əti,
Yaratdılar “zaman əti”,
Var “halal”lıq zəmanəti,
Hər gün edir ərz Ağa da.

Di döz, sınaq kimyasına,
Allah! Belə kimya sına!..
Bu gün gəlsə, kim yasına,
Sabah edər ərz “ağ”a** da.

Araşdıraq bu dövrü, nə,
İnkişafın bu dövrün, ə!?
Qayıdacaq “Tunc dövrü”nə,
Yaşayacaq ər “zağa”da.***

Halal adı altda haram,
Cəmiyyəti etdi ha, ram,
Sağlam haram, xəstə haram?
Söylə bumu ərzağ, ada?!

Seçin…Başa qoyun….Kimi!?
Əzsin o da qoy, un kimi…
Olaq inək, qoyun kimi,
Uyğun olsun, ərzağ ada.

Öyrəşibdi əl alqışa,
Cana yatır çün alqış, a…
Limit bitib, qaz al qışa,
Eyləyibdi ərz ağa da…

Qida kimya…Xalq “kolba”sa,****
Kimi yeyə, kim qol “basa”,
Ətdən ucuz, çox kolbasa,
Almalıdır ərzağ “Ad”, a!…

İmkan olsa, danış anda,
Öz – özünə danış, an da…
Səs çıxmaz sən danışanda,
Mikrofonlu ərz ağada.

Yeyənlər var, neçə sini,
Yoxlamışam necəsini,
Çingiz görüb neçəsini,
Vasil edib ərzağ…”Ad”a!*****

Da* – daha. (ərzaq sözünü də tələffüzdə
olan kimi “ğ” hərfi ilə yazmışam)
Ağa** – Kəfənə
Zağa*** – Mağara
Kolba**** – Kimyəvi maddə üçün şüşə qab
Ad***** – Cəhənnəm (rus dilində)


06.02.2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts