Şair ve Yazarların Buluşma Sayfası

Solmaz ŞİRVANLI

ƏMİNƏ.

Email :3

ƏMİNƏ.

Gəldin bu dünyaya bir mələk kimi,
Bir ürək görmədim bu ürək kimi,
Əsdin təşnə qəlbə bir külək kimi,
Qayıtdın obaya,elə Əminə.

Çəkildin taleyin çox sınağına,
Nə yaxşı düşmədin el qınağına,
Oxşayır bağ-bağçan İrəm bağına,
Düşdün ağızlara,dilə Əminə.

Göydə Rəbbim oldu köməyin sənin,
Nə əcəb itmədi əməyin sənin,
Füllər tək açıldı diləyin sənin,
Bənzədin çiçəyə,gülə Əminə.

Şeirlər,nəğmələr qoşdular sənə,
Bir pislik görmədi səndən kimsənə,
Bir sadiq övladsan doğma Vətənə,
Heyranam şəvə tək te lə Əminə.

Solmazam,əzəldən heyranam sənə,
Bilməm bacı deyim,ya anam sənə,
Bu gün bir qonağam ay sonam sənə,
Kipriyin bənzəyir tülə Əminə!!

23-10-1997
İsmayıllı şəhəri.
Solmaz Şirvanlı
www.kfiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts