Şair ve Yazarların Buluşma Sayfası

Son 24 Saat

ƏLVİDA MƏKTƏB

Email :144

ƏLVİDA MƏKTƏB

On bir il qoynunda böyütdün bizi,
Güldü ömrümüzün cığırı-izi.
Sönmədən qəlblərin atəşi-közü,
Əlvida deyirik,əlivida məktəb.

On bir il olubsan sən bizə ana,
Kim nə karədir ki,haqqını dana.
Hamımız birlikdə biz yana-yana,
Əlvida deyirik,əlivida məktəb.

Səndən öyrənmişik elmin sirrini,
Hamı yaxşı bilir sənin qədrini.
Bir daha ürəkdən alıb ətrini,
Əlvida deyirik,əlivida məktəb.

Səndə keçən günlər xoş günlər olur,
Qəlblərə min arzu,min istək dolur.
Zəngin sədasında rəngimiz solur,
Əlvida deyirik,əlivida məktəb.

14.may.1991
Zaur Vedili
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts