
GÖRÜNUR
Təpələr dağ boydadır sarsağların sözündə,
Dağlar təpə boydadır alçaqların gözündə,
İnsanları bir yana bu dünyanın özündə
Qaralar ağ görunür,ağlar qara görünür.
********
Fərqi yox dünya üçün kim haqqlı,kim müqəssir,
Ən çətin imtahana çəkir hamını bir-bir,
Düzüb dar ağacına fələk əlində kəndir,
Uzaqdan ürəkləri para-para görünür.
**********
“Gəlin haqqın yoluna!”-Peyğəmbər verib xəbər,
Nədənsə bu dünyada ədalətdən yox əsər,
Şeytanın arxasınca sürünür bütün bəşər
Ucu-bucağı yoxdur hardan hara görünür.
Müəllif:Günel Türksoy
www.kafiye.net




