
EYLƏMƏRƏM…
Mən vətən qızıyam,vətən mənimdir,
Mən mənim olana şəkk eyləmərəm.
Vətən sevməyənə yaşam qənimdir,
Ölsəm bu sevgimi tərk eyləmərəm.
*
Ona məhəbbətim qoymaram sönə,
Hər cür möhnətinə gərərəm sinə,
Məni bir dərk edən vətəndir yenə,
Vətənsiz heç nəyi dərk eyləmərəm.
*
Gözüm yaş olanda mehriylə silir,
Qəmimi çiçəyin şehiylə silir,
Köçəndə torpağı qol açır,bilir,
Mən özgə vətəndə koç eyləmərəm.
*
Ürəklə gəzərəm belədən belə,
Onun zərrəsini vermərəm yelə,
Mən elə vurğunam yurduma,elə,
Dərdimi mən ona yük eyləmərəm.
*
Nazlıyam,el sevir məni mən kimi,
Olsam da hamıya yaxın,tən kimi,
Ərkim vətənimə ərk edən kimi,
Bəlkə özümə də ərk eyləmirəm..
Nazlı Hacılı.
www.kafiye.net




