Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

BƏŞƏR

Email :4

BƏŞƏR



Nəhəng ağacdı dünya,

Buludlar yarpaqları.

Ulduz-ulduz çiçəklər

Bəzəyir budaqların.




Qürub edinc
ə günəş,

Buludları saraldır.

Yetişən qaranlıqlar,

Göy üzünü daraldır.




Sıxılınca üfüql
ər,

Toparlanır ulduzlar.

Durna kimi səmada,

Qaratlanır ulduzlar.




Saymaq olmur, sayı yox,

Ölçüləri müxtəlif.

Gözəllikdə tayı yox,

Çiçəklərə müxalif.




Tanrı tale saatın

Qurunca yerə düşər.

İlahi bir ağacın,

Meyvəsimi bu bəşər?




T
əvəkkül Goruslu. 18. 05. 2022

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts