
EY VƏTƏN
Dağlarında qar olam,
Bağlarında bar olam,
Torpağında var olam,
Daşda bitəm, ey Vətən.
Bir gül olam bağında,
Qartal olam dağında,
Olam gənclik çağında,
Dil- dil ötəm,ey Vətən.
Nəğmə olam dillərdə,
Çiçək açam çöllərdə,
Rüzgar olam yellərdə,
Öləm- itəm, ey Vətən.
Solmazın bahar-yazı,
Sənsən söhbəti- sazı,
Qəlbində şah murazı
Sənə yetəm,ey Vətən.
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
08-04-2022
www.kafiye.net




