
Şeirə ləkə salma,
Şeirə ləkə salma,
Şeir sirr yerimizdi.
Hüququmuz bəllidi…
Şeir hürr yerimizdi.
Qoy məsum qalsın şeir,
Kinə qarışdırmayaq
Şeir eşqin özüdü,
Eşqi araşdırmayaq.
Hanı gözəl,varmı , bax,
Hər çalınan tarmı, bax,
Bir nüvədə dönürsen,
Başqaları yarmı, bax .
Xuraman Camalqızı
www.kafiye.net




