Şair ve Yazarların Buluşma Sayfası

Elmaya Cabbarova

OLAYDI.

Email :4



OLAYDI.




Aylarla, illərlə həsrət çəkdiyin,
Uğruna bir ömür qurban verdiyin,
Gecə də gündüz də xəyal qurduğun,
Sənə nəfəs verən yarın olaydı.



Qarşısında diz çöküb, yalvardığın,
Əlin tutub, gözlərinə baxdığın,
Gözəl yardan *hə* sözünü aldığın,
Tarix olan o günlərin olaydı.



Keçən ömür bir də geri qayıtmaz,
Unutduğun xatirədən sayılmaz,
Ruh olmasa, heç vaxt dastan yazılmaz,
Dillərdə oxunan nəğmən olaydı.



Çox çətin olsa da həyat yolları,
Qıra bilməz sadiq qalan qolları,
Açıq, – aydın görmək olmur ruhları,
Gönül körpüsündə gəzən olaydı.



Səmada ulduzlar hey sayrışanda,
Ay nurunu Yer üzünə yayanda,
Sevən könlün bir divanə olanda,
Sol yanında nazlı yarın olaydı.





Elmaya Cabbarova

10.10.2021.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts