Şair ve Yazarların Buluşma Sayfası

Dilşad Araz

Ağır gəlir

Email :5


Ağır gəlir


Ağır gəlir bəzən həyat
Yorulursan yavaş yavaş.
Ömrü ip tək üzən həyat,
Qırılırsan yavaş yavaş.



Parça parça ,tikə tikə,
Can da dözmür belə yükə,
Şəhər şəhər, ölkə ölkə,
Dağılırsan yavaş yavaş.



Tüstüsü gözəl dağılır,
Göz yaşına dərd yığılır,
Ürəklə ürək sıxılır,
Boğulursan yavaş yavaş.




Səsin göydə cana gəlir,
Ruhun yana yana gəlir,
Göydən təzə ana gəlir,
Doğulursan yavaş yavaş.




Dilşad Araz

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts