
Soyuq insanlar
Gəlib dünyamızı soyutmayaydız,
Biganə insanlar, soyuq insanlar.
Xoş gələn taleyi yubatmayaydız.
Sizinçün fərqi yox yaxşı, yamanlar,
Biganə insanlar, soyuq
insanlar.
Yazı tərsinədi, qışı tərsinə
Ona heç fərqi yox,qoca,tər sinə.
Nə qədər agıl qoy, ,,döy” təpəsinə
Xeyri yox yenə də seçər yalanlar
Biganə insanlar, soyuq insanlar.
Onlar çox oxşayır göy ilgımına*,
Keçilməz soluna, nə də sagına.
Fərq etmir olmagı, olmamagına
,,Yagışdan,leysandan”sonra çıxanlar,
Biganə insanlar, soyuq insanlar.
*göy qurşagı
Fəridə Köçərli.
28.06.21.




