
TEJGAR DAĞI
Tejgar dağı, yəqin məndən küsmüsən,
Nə vaxtdır ki, yuxuma da gəlmirsən.
Tellərinə sığal çəkib o əsən,
Yellərinə denən məni
götürsün,
Qapımızdan içəriyə ötürsün.
Tejgar dağı, buludların ağlayır,
İldırımın ürəyimi dağlayır.
Şurut suyu yəqin çoşub
çağlayır,
Yoxmu kimsə bircə qurtum gətirsin?
İçim bir az həsrətimi bitirsin.
Tejgar dağı, səndən iraq düşənnən,
Həsrətini siləmmirəm sinəmnən.
Kipriyimin ucundakı bu nəmnən,
Bir meh əsib gözlərinə yetirsin,
Aramızdan incikliyi itirsin.
Tejgar dağı, düşmən yolu bağlayıb,
Otuz ildir səni əsir saxıayıb.
Bir az da döz igidlərin haxlayıb,
Az qalır ki, qan-qadanı yatırsın,
Düşməni öz hiyləsində batırsın.
Müəllif.Metanet Duyğulu
www.kafiye.net




