
Lalələr.
Yazın əvvəllində vətən çölündə,
Çağırır yanına məni lalələr.
Qara xallarını düzüb telində,
Götürür saçımdan dəni
lalələr.
Gətirdi bir anlıq ötən gəncıiyi,
Yorğun gözlərimə verdi dincliyi.
Gəlir üst-başından vüsalın iyi,
Qovubdur dumanı-çəni lalələr.
Çökdü üst başıma ətir nəfəsi,
Sarıldı boynuma hər bir tanəsi.
Gəldi qulağıma Rəşidin səsi,
Yazıldı bir şeir yeni,
lalələr.
Müəllif.Metanet Duyğulu.
18.05.2021
www.kafiye.net




