
SƏN YOXSAN..
Bahar yerindədir,yaz yerindədir,
Ocaq yerindədir,köz yerindədir,
Bütün gördüklərin öz yerindədir,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*Çaylar yerindədir,dağ yerindədir,
Çəmən yerindədir,bağ yerindədir,
Zaman yerindədir,çağ yerindədir,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*Gedir axarıyla bu gözəl həyat,
Gül-çiçək sevinir ,açır qol-qanad,
Yenə əvvəlki tək gülür kainat,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*Sinəmi dağlayır sənsizlik qəmi,
Yoxdur daha mənə könül həmdəmi,
Həsrətdən olmuşam yelkənsiz gəmi,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*Hər gün oyanıram sənsiz sabaha,
İnsafsız batma gəl bunca günaha,
Bütün ümidimi kəsmişəm daha,
Ama nə fayda ki,təkcə sən yoxsan..
Nazlı Hacılı.
www.kafiye.net




