Şair ve Yazarların Buluşma Sayfası

Esmer Bağırova

GƏLMİŞƏM

Email :5

GƏLMİŞƏM.



Üz tutdum yollara, duman, çənlidi.
Bürünüb dumana,çənə gəlmişəm.
Gözümtək yollar da yaman nəmlidi,
Qarışıb yağışa,selə,gəlmişəm


Baş alıb getmisən yaza dönəndə,
Min işvən dolanıb naza dönəndə,
Dərdimi kökləyib saza göməndə
Göz yaşım tökülüb telə ,gəlmişəm.


Saralır xəyallar,solur xəzan tək.
Dağılır saçları pərişan kimi.
Atır ümidlərin qoynuna məni,
Qarışıb küləyə,yelə,gəlmişəm.


Adın ürəyimdə yaradı,gülüm
Bəxtimə yazılan qara yazısan .
Nə ölü,nə diri ,yox olmuşam mən,
Cismimi gömmüşəm külə,gəlmişəm.


Esmer Bağırova
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts