Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

Qoxla məni

Email :4

Xoxla məni

Dostum Məzahir İsgəndərin

“Qoxla məni” naməsinə mənzum cavab.


Heç bilirsən nə gündəyəm?
Deyirsən ki, yoxla məni…
Bir az başqa cür bəndəyəm,
Qarışdırma çoxla məni.


Bilən kimi “vaxtım” çatıb,
Dostlarım da həmən atıb,
Bəxtim əzəl gündən yatıb,
Tabutuma mıxla məni.


Sadiqəm öz əqidəmə,
Söz qoyuram hər an dəmə…
Susdum…Çoxu da sən demə,
Səhv salıbmış “lox”la məni.


Yazarların çətiniyəm,
Dərd – qəmlərin bütünüyəm,
San, onurğa sütunuyam,
Eyni bilmə “tıx”la məni.


Çingizəm,- dost qəm olarsa,
Bir az da baş dəm olarsa,
Nə şair var, cəm olarsa,
Qorxudammaz “xox”la məni!


22. 11. 2019.



Çingiz Kürdemirli
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts