
ŞUŞAM
Şuşada ermənilərin rəqs etməsinə baxarkən Anam yanıqlı səslə ağı deyib ağladı və Anamın yanıqlı səsi ürəyimi sizildatdi . 3 bəndlik kədərli bu şeir ani bir anda ürəyimin həmin sıziltisidan yarandı . Doğrusu , necə başlayıb , necə tamamladığımi heç özüm də bilmədim . O vaxtdan təxminən 5 ay ötür . ALLAHA ŞÜKURLƏR olsun ki , indi Şuşaya addım – addım yaxınlaşırıq !
Səndən addım – addım uzaqlaşırıq ,
Ey namərd əliylə satılan Şuşam !
Üzümüz qalmayıb üzünə baxaq ,
Gərəksiz əşyatək atılan Şuşam .
Qara Bayramlara yem olmusan sən ,
Zori Balayana dəm olmusan sən ,
Qismətdən , taledən kəm olmusan sən ,
Yağı tərəfindən tutulan Şuşam .
Zənginlərin heç düşmürsən yadına ,
Yoxsullardir yenə yanan halına .
Həsrətlilər ağı deyir adına ,
Lalaya , ağıya qatılan Şuşam .
NAZİM YAQUBOĞLU .
21 . 05 . 2020 – ci il .
www.kafiye.net




