Şair ve Yazarların Buluşma Sayfası

NAZİM YAQUBOĞLU

SUŞA HAQQİNDA BAYATİLAR

Email :5

SUŞA HAQQİNDA BAYATİLAR





Əzizinəm , Şuşadır ,
Hər yanı tamaşadır .
Şuşama tay tapılmaz ,
Cənnət ilə qoşadır .




Gözəldir , gözəl Şuşa ,
Cənnətdir başdan – başa .
Şuşama göz dikənin
Ümidi çıxsın boşa !




Gözümün nuru Şuşa ,
Hər an gəlirsən xoşa .
Uğrunda can verərəm ,
Təki sən azad yaşa !




Şuşam – ərənlər yurdum ,
Qoynunda yuva qurdum .
Darıxma , azad edər
Səni Müzəffər Ordum !

NAZİM YAQUBOĞLU . 01 . 11 . 2020 .

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts