
Ərşə çəkilən yuxumda anamı görürəm tez-tez… Əhdi vardı… kənddən gətirdiyi güllü baş şalımla qayıdacam kəndə, papan(atan)almışdı,deyirdi. Ata məzarım Laçında, anamınkı burda.
Ayanmı ruhuna?
Bir ovuc torpaga, ay möhtac ana,
Ayanmı ruhuna, Laçın alınır?
İllərlə qovruldun Vətəndən yana,
Qaçqın məzarlıgın mənə dag qalır,
Ayanmı ruhuna, Laçın alınır?
Qəbrinin daşına şad xəbər olsun,
Qaranlıq otagın nur ilə dolsun.
Qoy düşmən anası saçını yolsun..
Sönən yurd ocagın təzdən qalanır,
Ayanmı ruhuna, Laçın alınır?
Amanat*açarda ətirin qalıb,
Neçə bayatılı dəftərin qalıb,
Yarımçıq arzulu sətirin qalıb,
Deyirdin,daglarım dag tək qalanır,
Ayanmı ruhuna, Laçın alınır?
– Gavırdadır ata qəbrin-aglardın,
Ürəyimi torpaq deyib, daglardın,
Əhd etdiyin güllü şalı baglardın…
Ot basmış yollara cıgır salınır,
Ayanmı ruhuna, Laçın alınır?
Fəridə Köçərli İbrahimova
03.11.20.
*kənddən gətirdiyi evimizin açarların mənə əmanət etmişdi-amanat deyirdi.
www.kafiye.net




