Şair ve Yazarların Buluşma Sayfası

Xuraman Camalqızı

AZADLIGIN

Email :4

Kəndimizin qəhrəman oglu, Murovdagda şəhidlik zirvəsinə ucalmış vətən üçün canından keçmiş yaxın qohumum Nihad Heydər oglu Əliyevin əziz xatirəsinə.Şəhidimizin dilindən.

AZADLIGIN


Azadlıgın, qələbənin möhründə,
Şəhid olan əsgərlərin izi var.
Bu torpagı sıxsan şəhid qanıdı,
Cəsarətin,igidliyin özü var.



Bu döyüşlə özümüzə qayıtdıq,
Bütövləşdik,yeniləndik, qurulduq,
Biri ölsə ,min dogular deyiblər,
Qarabaga biz yenidən sarıldıq.



Tarix də susmasın haqlı davada,
Oyanmışıq, dirçəlmişik, biz varıq.
Qəsbkar deyilik,üzümüz agdı,
Qürurluyuq , qeyrətliyik, vüqarıq.



Torpagımdan bir qarış da vermərəm,
Öz anamın südünə and içirəm.
Ogulların taleyinə yazılıb,
Şəhid olub ürəklərə köçürəm.




Xuraman Camalqızı
09.10 2020.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts