Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Torpaq xayinləri dogmayır, qusur

Email :4

Torpaq xayinləri dogmayır, qusur

-Əcdadım torpaqdır- öyünür insan,
Torpaq çox insanı dogmayır, qusur.
Gildən Adəm isə, Allahdan inam,
Ötüb qərinələr, çoxalıb qüsur…
Torpaq çox insanı dogmayır, qusur.

,,İcazəsiz almalar” laga qoyulur,
Mələy körpələrin diri soyulur.
Su əvəz lalələr qandan doyulur,
Dünya cəhənnəmə, ,,bizimki”susur,
Torpaq xayinləri dogmayır, qusur.

Hardadır Xocalım? yox Qarabagım,
Dag boyda yüklənib qəlbimdə dagım,
Susur haqsızlıga solum, həm sagım.
Xaçlar it qısqırıb, kənardan pusur…
Torpaq belələrin dogmayır, qusur.

Şəhid anaları ürək daglayır,
Qisas yerdə qalır, göylər aglayır.
Qanla saziş yazır, ,,sülhü” baglayır,
Belə getsə Dünya qalacaq qısır…
Torpaq xəyanətdən doyub,qan qusur.



Fəridə Köçərli İbrahimova
06.08.20.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts