Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Cihad et

Email :4

Cihad et

Hələ uşaq idim, itən atımız,
Sanki evimizə bir yas salmışdı.
Yurdunda hörmətli olan atamız,
Hamıdan küskün tək yalqız qalmışdı.

-Qada-balan olsun, üzülmə, oglum,
Bilsək də kişinin ad-sanıdır at,
Nənəmin sözünə atam çox yorgun:
-Ondansa de, mənə, kişiliyi at.

“Tapmasam, boş qalsın papax”mərciylə,
Aylarla aradı, ogrunu tapdı.
Bir at əvəzinə on at xərciylə,
Papagın düz qoyub töhməti atdı.

Susduq otuz ili, dözdük sərasər,
Papaq qoymaq üçün yox oldu baş da.
Varmı qeyrətsizlik töhməti qədər,
Haqq ayaqda qala, haqsızsa başda?

Bəsdi, Vətən oglu, qalx qurban olum,
Yoxmu bir at qədər, itkimiz bizim?
Cihad et torpaqçün, ölüm, ya olum,
Qarabag bagrına basılsın izin.



Fəridə Köçərli İbrahimova
18.07.2020.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts