
ƏS EY KÜLƏK
Əs ey külək yollarıma,
Bir taqət ver qollarıma,
Əs ey külək ürəyimə,
Saf arzuma,diləyimə.
Əs ki,sərin olsun ürək,
Qoy cücərsin arzu-dilək,
Yar sarıdan təşnə ürək,
Gözüm həsrət mələyimə.
Əs, yağış da gətir bizə,
Sərinlik qıy ömrümüzə,
Öz gülümü süzə-süzə,
Güc gələcək biləyimə.
Çaxnaşma sal buludlara,
Tök leysanı o yurdlara,
Etmə bizi üzüqara,
Kimsə dözmür gileyimə!
Əssin külək,yağsın yağış,
Bu torpağa salsın naxış,
Gözlər yolda,həsrət baxış,
Solmaz salıb ürəyinə!
Solmaz Şirvanlı
07-07-2020
www.kafiye.net




