Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

VEFASIZ

Email :4

VEFASIZ


Vəfasına etibarım olmayan
Dərdlərimə bircə məlhəm qoymayan
Salam verib əhvalımı sormayan
Göz bəbəyim,didəm nuru hardasan,
Soruşmadın ,gülüm bəlkə dardasan.

Axan sular durulmadı,durmadı.
Heç əzəldən səndə vəfa olmadı,
Sevən qəlbim heç sevginə doymadı.
Göz bəbəyim,didəm nuru hardasan,
Heç sormadın ,gülüm bəlkə dardasan.

Səndən sonra ömrə bahar gəlmədi.
Ağaclar da bardan başın əymədi.
Əllərimə özgə əli dəymədi.
Göz bəbəyim didəm nuru hardasan.
Heç demədin ,gülüm bəlkə dardasan.



Nahidə Tağıyeva Qurbanova
27.06.2020
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts