Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

YAVAŞ-YAVAŞ

Email :4

YAVAŞ-YAVAŞ

Səhifənə nəzər etdim,
Yazışırsan yavaş-yavaş.
Sinirləndim , həzər etdim,
Qızışırsan yavaş- yavaş.

Quzu sifət nadanların,
Kişilərə təklifi yox,
Harda nəsə dadanların,
Fikri qadın, məramı lox!

Poeziya şeir-şeir,
Tanrı ruhu, Tanrı dili.
Bu bir tilsim, bu bir sehir,
Onu duyar əqidəli.

Əqidəsiz gəzir şəhvət,
Gözü yanır ehtirasdan.
Yoxdur ona fərqi, fəqət,
Feysbukun bir trasdan!

Qızıl papaq şikarında,
Olan qurda aldanmayın.
Nə bu gündə, nə yarında,
Çirkablara bulanmayın!



Təvəkkül Goruslu. 15.05.2020
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts