Şair ve Yazarların Buluşma Sayfası

Metanet Duyĝulu

SƏN

Email :4

SƏN


Əldə sivri qılınc, beldə ox, nizə,
Durmusan qəlbimin keşiyində sən.
Hərdən asta- asta ninni deyirsən,
Mənə sevgimizin beşiyində sən.

Qəlbimin sakini sən olan gündən,
Nə dərd yaxın gəlir, nə də ki, kədər.
Qartal tək şığıyan kimi üstünə,
Dərd özü qorxudan düşür dərbədər.

Elə vurmusan ki, polad qandalı,
Həsrətin, hicranın dəmir qoluna.
Sevgidən bəzənmiş güllər əkmisən,
Bizim bu müqəddəs eşqin yoluna.

Tikmisən alınmaz sevgi məbədi,
Qurmusan yanında şeytana tələ.
Hər bir qarışını, bağın-baxçasın,
Tanrı da qoruyur min bir mələklə.

Ay mənim əbədi, saf məhəbbətim,
Nə yaxşı ömrümə yenə gəlmisən.
Bircə gülüşümə bütün dünyanı,
Qırpmadan gözünü, verə bilərsən.



Müəllif. Metanet Duyğulu
20.04.2019.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts