Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

BİR OLAR

Email :4

BİR OLAR

Atəşlər ölkəsi Azərbaycanım,
Yanan ocağına , oduna qurban!
Ruhumla bağlıdı sənə hər anım,
Qəlblərdə can olan adına qurban!

Alovla bir oldun yaranışından,
Bəlkə də sən elə oddan törəndin.
Toxunsan od çıxar qara daşından,
Atəşə atəşlə , odla dirəndin!

Paramparçasansa bizik günahkar,
Sahibi olmadıq odun, atəşin.
Yenə alovlanar əssə ruzigar,
Çəkilər buludlar, doğar günəşin.

Təbrizin Bakınla, Dərbəndinlə cəm,
Tezliklə bir bütöv ölkə olarıq.
Məhmətcik önündə dayanmaz əcəm,
İşğalda inləyən yurdu alarıq.

Dildə mahnı olar Göyçə sorağın,
Zəngəzur Naxçıvan körpüsü olar.
Toplanar dörd yanın , həm Qarabağın,
Açılar sərhədlər, açılar yollar.

Bu yollar dağlara, arana gedər,
Ormanlar birləşər, çöllər birləşər.
Nəhayət bu yollar Turana gedər,
Milliyyət birləşər, dillər birləşər!


Təvəkkül Goruslu. 03.03.2020
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts