Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

ELE YORULMUŞAM

Email :5


ELE YORULMUŞAM



Elə yorulmuşam,elə yorğunam..
Ürəkdən güldüyüm yadıma gəlmir.
Bu sınaq nə yaman sərt oldu belə,
Əzbərə bildiyim yadıma gəlmir.

Dünya yaşamalı yer deyil axı,
Bəs niyə həyatın sonu yetişmir?
Saxtadır,qorxaqdır dostların çoxu,
Dar ayaqda yüzdən onu yetişmir…

Yaradan əzaba sirdaş yaradıb,
Ağır sınaqlarda sıxılan canam.
Zərbələr altında bir daş yaradıb,
Təpədən dırnağa bir imtahanam.

Elə yorğunam ki,elə yorğunam,
Elə labirintdi həyat yolları,
Biryolluq yanına almaqçün tamam
Tanrının yadına düşəydim barı.


Tamara Rustamova Tənha Bulud.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts