Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

DÖNÜR

Email :5

DÖNÜR

Sənli ilim bir an kimi,
Sənsiz anım ilə dönür.
Varsan suyum mərcan kimi,
Yoxsan axmır , lilə dönür.

Gəlsən gülür qucağım da,
Cəsuram da, qoçağam da,
Getsən sönür ocağım da,
Kösöv olur, külə dönür.

Kədər ödül qazandıqca,
Qəlb qaşında qızındıqca,
Həsrət, hicran uzandıqca,
Araz olur, Nilə dönür.

Nisgil ömrü qora bükür,
Üzə çökür, gözə çökür,
Ağladıqca hönkür- hönkür,
Bəmdən çıxır, zilə dönür!…

Təvəkkül Goruslu.2020
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts