Şair ve Yazarların Buluşma Sayfası

Solmaz ŞİRVANLI

MƏN

Email :4

MƏN.

Eşidin ay Dostlar,dinləyin məni,
Məhəmməd ümməti,müsəlmanam mən,
Qəlbi Allahına,dininə bağlı,
Sübhün şəfəqiyəm,açan danam mən!

Vətən fədaisi,elin qızıyam,
Səmada parlayan Dan ulduzuyam,
Haramdan uzağam,halal ruzuyam,
Vətənə qurbanlıq,şəhid canam mən!

Xocalı dərdiylə qəlbi göynəyən,
Şəhidlər,əsirlər qəddini əyən,
Al-yaşıl əvəzi qaralar geyən,
Ağlar el qızıyam,bir insanam mən!

Kaş azad eyləyəm əsir torpağı,
Qalmaya əllərdə çaýı-irmağı,
Qaytaram geriyə kaş Qarabağı,
Suşasız qalandan sis-dumanam mən!

Qarabağ deməkdən qabardır dilim,
Ərşə bülənd olub naləm-nisgilim,
Ayaqlar altında Xarı bülbülüm,
İnləyən bir neyəm,həm kamanam mən!

Solmazam,Vətənin çınqıllı daşı,
Qarabağ dərdidir gözümün yaşı,
Qalxın düşmən ilə edək savaşı,
Vətən bayrağında qızıl qanam mən!

Solmaz Şirvanlı
08-10-2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts