
NƏ FAYDA
Vicdanı unudub, arı çeynəyən,
Camalı bir mələk olsa nə fayda.
Bağdadda Xəlifə burda mən deyən,
Dünyanı əlinə alsa nə fayda.
Hər kəlmə başında özünü öyən,
Nə böyük nə kiçik yeri bilməyən.
Məzluma yetimə, barmaq silkəyən,
Dünyaya meylini salsa nə fayda.
Yerli də yersiz də mənəm mən deyən,
Hallalar içində haramı yeyən.
Hər əsən küləyə, boynunu əyən,
Ya ölsə yada ki, qalsa nə fayda.
Hər gözəl görəndə su kimi axan,
Naməhrəm olana, məhrəm tək baxan.
Çöldə lal, evini yandırıb yaxan,
Sevgi aləmində balsa nə fayda.
Yalnızca dilinə çöldə bal qatan,
Evini alçaldıb, qonşunu tutan.
Gördüyü yastığa yıxılb yatan,
Şirin bir yuxuya dalsa nə fayda.
Duyğulu, həyat bu çətindir yaşam,
Bununçün çoxları almayıbdı kam.
Gövdəsinə işıq salmayırsa şam,
Atəşi, zülməti sarsa nə fayda.
Müəllif Metanet Duyğulu.
22.07.2019
www.kafiye.net




