Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

ƏLLƏRƏ BAX

Email :4


ƏLLƏRƏ BAX

Gözlər bulaq, nur çeşməsi,
Üzə halə tellərə bax.
Yox boyası, yox vəsməsi,
Tarı qucan əllərə bax!

Barmaqlarda gerçək nida,
Mizrab simdə dönüb oda,
Bu nə səsdi, bu nə səda,
Tar oxuyan dillərə bax!

Vurulub da sənətinə,
Şeir yazdım şöhrətinə,
Sinə üstə surətinə,
Səcdə edən güllərə bax!

Yox belə bir sənətkarı,
Sənət içrə füsunkarı,
Xalqı sevir bu nigarı,
Ceyran sevən ellərə bax!

Təvəkkül Goruslu. 16.07.2019.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts