Şair ve Yazarların Buluşma Sayfası

Mubariz Hüseyn

XƏYAL SEVİNCƏK DÖNÜR

Email :4


XƏYAL SEVİNCƏK DÖNÜR

Könül, sanma izində
Arzuların sürünür.
Təbəssümlü üzündə
Məhəbbətin görünür.

Həmdəmin olarsa yar,
İztirab bata bilməz.
Tələssə qəm, intizar
Dalınca çata bilməz.

Eşqi görsə, gülərüz
Yanmazmı, qəmli möhnət?
Sevgi yolu olsa düz,
Tez yetişər səadət.

Çıxır, seyr etsin gülə,
Tərk edib getmir Yeri.
Hətta xəyalım belə
Sevincək dönür geri.

Sevgiyə qiymət qoyun,
Gəlmir ki, əzab verə.
Ey cavanlar, siz duyun
İstər yurd sevinc görə.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts