Şair ve Yazarların Buluşma Sayfası

Aygün Hüseynli

Odlar Diyarı

Email :4


Odlar Diyarı

Balan tək sinənə başımı qoydum,
Ana nəvazişi, ətrini duydum.
Qəlbimdə sönməyən atəşim, odum,
Doğma ocağımsan, Odlar Diyarı!

Çox əsib başında küləklər sənin,
Eşqinlə döyünüb ürəklər sənin,
Çiçəkli arzular, diləklər sənin,
İlk bahar çağımsan Odlar Diyarı!

Yurd, Vətən ətirli sözümsən mənim,
Bu dünyanı görən gözümsən mənim,
Tonqal tək alışan közümsən mənim,
Sevgi qucağımsan Odlar Diyarı!

Aygün vəsf eləyir sən tək ananı,
Sənə qurban olsun ömrün hər anı,
Şöhrətin əzmlə gəzir cahanı,
Səsim, sorağımsan Odlar Diyarı!


Odlar Yurdum Azərbaycanım-daim Zəfər yüksəlişində Var ol…Amin!

Aygün Hüseynli
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts