Şair ve Yazarların Buluşma Sayfası

Çingiz Kürdəmirli

Nənəm indi

Email :4


Nənəm indi

(Bu yazı çox qəribə olsa da paylaşmağı qərara aldım.)

Qanana “milli dəyər”di,
Tarixdəki nənəm indi,
Görən, bizə nə deyərdi,
Sağ olsaydı nənəm, indi?…

Bilmirik ki nə,- nə kimi,
Qəbul edək, nənə, kimi?
“Kişilər” var nənə kimi,
Kişi kimi nənə 1000-di.

Saxtadır kirpik də, xal da,
Heyrət edər cin də, hal da,
Mənliyimiz elə halda,
Nə qurudur, nə nəm indi…

Dağ köçəndən düzümüzə
Çoxu sıxdı düzü mizə,
Yalanım yox, düzüm üzə!!!
Genimdədi….Nənəmindi…

Çingizəm, sözdən atım iz,
Çərlətdi neçə atı mız…
Dözmədi qeyrət atımız, 
Baba düşdü, nənə mindi.

* İzahat yazmayacam kim necə istəyir
elə də yozsun.

07..03.2019.
Çingiz Kürdəmirli.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts