Şair ve Yazarların Buluşma Sayfası

Mubariz Hüseyn

CAN DA, CİSMİ DARDA QOYUB TƏRK ETDİ.

Email :5


CAN DA, CİSMİ DARDA QOYUB TƏRK ETDİ.

Adəm oğlu, gəncliyində dünyaya
İnam ilə, güc göstərib ərk etdi.
Qoymadı ki, hər əzabdan can doya
Sədd çəkərək, məhvərini bərkitdi.

Hər gələn dərd ağ olduqca üzünə,
Həsrət dolu baxdı keçmiş izinə,
Öz yükü ki, ağır gəldi dizinə
Ahıllıqda gücsüzlüyü dərk etdi.

Rüzgar əyər, sarsılmayan qüdrəti.
Unudarmı etibarsız, adəti?
Bu dünyadan almışdısa, ibrəti
Can da, cismi darda qoyub tərk etdi.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts