Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

Allah,güc ver dayanmağa

Email :4


Allah,güc ver dayanmağa

Dözə-dözə mat qalmışam
Mən,məndəki bu dözümə.
Dünya,məndən aldığını
Qaytar özümə,özümə!

Nədi mənnən bu savaşlar?
Nə bir bitər,nə yavaşlar,
Dinsəm axı, dağlar-daşlar
Yanar sözümə,sözümə!

Bir bilmədim kimsən,nəsən?
Öz zülmünə dedin “əhsən”,
Atıb oda,isindin sən
Mənim közümə,közümə!

Nə Əli,nə Xız(ı)r yetməz,
Yollarını burdan etməz,
Gecə-gündüz yuxu getməz
Bir an gözümə,gözümə!

Vaxtsız gəldi xəzan bağa,
Kim tablar ki bu yanmağa?
Allah,barı,dayanmağa
Güc ver dizimə,dizimə!


Məzahir İsgəndər
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts