Nə tez əsdi
Dilim gəlmir sənin üçün var deyəm
Sındırdığın bu könlümü al deyəm
Yol üstəsən getmə sənə qal deyəm
Nə tez əsdi ayrılığın küləyi?
O ayırdı iki sevən ürəyi.
Su atacam gözlərimdən yoluna
Dolayasan qolunu yad boynuna
Necə gəldik ikimiz bir oyuna
Nə tez əsdi ayrılığın küləyi?
O ayırdı iki sevən ürəyi.
Payız gəldi döndün səhər mehinə
Gül çiçəyə qonan gecə şehinə
Boş-boşuna şeir qoşdum şəninə
Nə tez əsdi ayrılığın küləyi
O ayırdı iki sevən ürəyi.
Sildim daha əllərimin xınasın
Başımdakı saçın həna cığasın.
İstəmirəm gözüm sənçün ağlasın
Nə tez əsdi ayrılığın küləyi
O ayırdı iki sevən ürəyi.
Nahidə Tağıyeva Qurbanova 28.08.2018
www.kafiye.net




