Ne Deyirem!
Nə deyirəm, Şair sözə söz qoşaq.
Güllərdən ,çiçəkdən ancaq danışaq.
Bu gözəl məclisin gözəl söhbətin,
Sonunu gətirək heç dalaşmayaq.
Səhv salıram arada bir misranı,
Çaş-baş olur hərflər öz yerində,
Tələsirəm düz qoşmuram misranı,
Nöqtə vergül itir bəndlər içində.
Şair susma !qoyma qələmin susa,
Yaz misranı ard-ardına düz ginən,
Arada bir mən yazdığım sözlərə,
Bir göz ucu yüngül nəzər sal ginən.
Nahide Tağiyeva Qurbanova
www.kafiye.net




