Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Toxunma

Email :4


Toxunma

Qara çovğun,bəlli sənin niyyətin,
Şaxta vurar,əllərimə toxunma.!
Həsrət ilə ilk baharı gözləyən
Qar altında güllərimə toxunma!

Könlümün sazını bir naşı çaldı,
Tellər əllərində qırılıdı qaldı.
Deyəsən ömrümün vədəsi doldu,
Aşıq,sən də sarı simə toxunma.

Bu dünyanın mayası qəm ilədir,
Şadlığı da,sevinci də tələdir.
Vüqarlıyam,təbiətim belədir,
Müqəddəsdir,kədərimə toxunma!

Tənha Bulud,nə dolmusan yenə sən,
Himə bəndsən leysanlara dönəsən,
Şimşəklərin dilləriylə dinəsən,
Yaralanmış bu könlümə toxunma!

12.02.2018 Tamara Rustamova Tənha Bulud
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts