Şair ve Yazarların Buluşma Sayfası

Mubariz Hüseyn

QARŞISINA ÇIXSA ƏGƏR BƏD ÖVLAD

Email :5


QARŞISINA ÇIXSA ƏGƏR BƏD ÖVLAD

Ata susar, ana nisgil, qəm çəkər
Qarşısından çıxsa əgər bəd övlad.
Əlac üçün, İlahiyə diz çökər
Qarşısına çıxsa əgər bəd övlad.

Ağrımayan ürəkləri üzdürər,
Öz evində yaşamaqdan bezdirər,
İllər boyu bir libasda gəzdirər
Qarşısına çıxsa əgər bəd övlad.

Deyə bilmir, övlad borcun verdimi?
Can ağrısa qollarını gərdimi?
Sirr saxlayıb ərz edəmmir dərdini
Qarşısından çıxsa əgər bəd övlad.

Ata – ana çəksə əlindən aman
Onun xoşbəxt yaşamına yox güman.
Özü duyub anlayacaq bir zaman
Qarşısından çıxsa əgər bəd övlad.

Mübariz Hüseyn
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts