SEVMƏ BELƏ
Sevmə məni! sevmə belə.
Bu sevgi yox ,dərddir mənə.
Başımdan gəl qəm ələmə.
Belə sevmək olmur vallah.
Sevmək deyirsənmi buna?
Çox gülmüşəm ona buna
Düşərəm dil-ağıza aman.
Belə sevmək olmur vallah.
Bilmirsən ki heç hardayam.
Yaxındayam,uzaqdayam.
Bəlkə elə yanındayam,
Belə sevmək olmur vallah.
Sevmə məni ! sevmə belə.
Bu sevgi yox dərddir mənə.
Unudarsan bir gün belə.
Belə sevmək olmur vallah.
Məni sevmə belə daha.
Belə sevmək istəmirəm.
Bu sevgi çox oldu baha
Mən sevilmək istəmirəm .
13.06.2017.Nahidə Tağıyeva Qurbanov
www.kafiye.net




