Hələ də Uşaq Kimiyəm
Hələ də…hələ də uşaq kimiyəm!
Dindirsən,gözümün yaşı axacaq.
Ay Allah,işə bax,budaqlarımda
Bir neçə yarpağım qalıbdı,ancaq!
Hələ də…hələ də uşaq kimiyəm!
Bir gözüm ağlayar,birisi gülər.
Xəyalım dağlarda-daşlarda gəzər,
Başım dizlərimdə yatıb,mürgülər.
Xəyalım dağlarda-daşlarda gəzər,
Uçaram…uçaram,olub qaranquş.
Uçaram…duymaram başımın üstə
Dikib gözlərini gözümə bayquş…
Hələ də…Hələ də uşaq kimiyəm,
Fikrim səmalarda rəngli çərpələng…
Hələ də,hələ də qonmaq istərəm
Çiçəkdən-çiçəyə,sanki kəpənək!
Dinc olub,səngimir fırtınalar da,
Dalğalar qoynunda çatlaq gəmiyəm.
Sahilim könüldən,gözdən uzaqda,
Mənsə bir körpəcə uşaq kimiyəm…
Məzahir İsgəndər
www.kafiye.net





