Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Keçmişdən gələn adam

Email :4

Keçmişdən gələn adam

Şirin-şəkər sözlərin iç üzü acı zəhər,
Şirin nağıllarına qilaq asdım birtəhər,
Keçmişdən gələn adam.
Sən özünü tapmazsan axtardığın o “mən”də,
Tuşladığın oxlar da özü düşər kəməndə,
Keçmişdən gələn adam.
Fikrimi qarışdırıb israr etmə bu qədər,
Çünki azarsan məndə, həyatın olar hədər,
Keçmişdən gələn adam.
Sısqa ,sönük ümidlə özünü də üzürsən,
Sınıq-salxaq arzuna əl ağacı gəzirsən,
Keçmişdən gələn adam.
Mənim yolum Haq yolu, sənin məramın bəlli,
Ya Haqqa gəl yoluma, ya da yox ol təməlli!

Keçmişdən gələn adam. 30/05/2017
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts