YAZ GƏLİR
Bahar gəlir yenə yurda
Hər yan ətir qoxuyur.
Torpq üstə gül –çiçəklər
Əlvan xalı toxuyur.
Qaranquşlar yenə dönür
Köçdükləri yuvaya
Mənim yurdum bənzər yenə
Alı-güllü b xonçaya.
Tumurcuqlar bəzəyibdir
Ağacların budağın
Yenə ruhu təzələnib
İncə belli qovağın.
Oyanıbdır ana Torpaq
Baharını gözləyir
Açıb geniş sinəsini
Qucağına səsləyir.
Bir büsat var bugün eldə
Küsülülər barışır
Hamı deyir-hamı gülür
Oğlan qızla yarışır.
Çox sevinir elim mənim
Elimə bahar gəlir.
Bu gün fəsillər dəyişir
Gül-çiçəkli yaz gəlir.
Nahidə Tağıyeva
www.kafiye.net




